AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gündən bütün icazələr ləğv edildi

  • + A
  • - A
  • 5-07-2020, 13:01

    Bu gündən bütün icazələr ləğv edildi

    Bu gün Azərbaycanın 16 şəhər və rayonunda sərt karantin rejiminin tətbiqinə başlanılıb və ya uzadılıb.

    AzadMedia.az xəbər verir ki, bununla bağlı Bakı və daha 8 şəhərdə tətbiq edilən 20 iyun-4 iyul tarixləri arasında sərt karantin zamanı şirkətlərin işçiləri üçün icazə portalından aldığı icazələr ləğv edilib.

    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev demişdi ki, buna səbəb şirkətlərin izacədən sui-istifadə etməsidir:

    “Aparılan təhlillər onu göstərir ki, bəzi təşkilatlar icazə portalından sui-istifadə edirlər. Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib”.

    Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejimi tətbiq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR