AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk ordusunun ölkəmizə gəlməsinin 3 səbəbi

  • + A
  • - A
  • 28-07-2020, 14:27

    Türk ordusunun ölkəmizə gəlməsinin 3 səbəbi

    Ermənistanın son təxribatları bir daha göstərdi ki, İrəvan müharibə zamanı əvvəlcə Azərbaycanın meqa-layihələrini hədəfə ala bilər. Bunun qarşısını almaq isə Ordumuzun əsas vəzifəsidir.

    Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçiriləcək genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri haqda danışarkən deyib.

    Ş.Ramaldanovun sözlərinə görə, birgə təlimlərin keçirilməsinin bir neçə əsas səbəbi var:

    “Birincisi, təlimlər zamanı iki ölkənin ordusu “Bir millət, iki dövlət” prinsipinə arxalanır. Bu o deməkdir ki, iki ordu döyüş şəraitində vahid şəkildə hərəkət edə, birlikdə aktiv döyüş əməliyyatlarını icra edə bilər. Bunun üçün də vahid komandanlıq və döyüş planı əsasında işlər aparılır. Təlimlərin bir məqsədi də Azərbaycanın meqa-layihələrinin təhlükəsizliyidir. Çünki Azərbaycan regionun meqa-layihələrinin birbaşa icraçısıdır. Bu layihələrdə Türkiyənin də kifayət qədər marağı var və şübhəsiz, Bakı qədər Ankara da bunların təhlükəsizliyini düşünür. Bu mənada iki ölkənin qoşunları birgə təlimlər zamanı müdafiə məsələlərinə də diqqət ayırır.

    Üçüncüsü, təlimlər iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Bənzər təlimlər Türkiyə ərazisində də keçirilir. Bu da iki Ordunun həm Türkiyə, həm də Azərbaycanın relyefinə uyğunlaşma və döyüş qabiliyyətini təkminləşdirmə imkanlarını artırır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR