AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oğlan və qız uşaqlarına ən çox qoyulan adların - Siyahısı

  • + A
  • - A
  • 17-08-2020, 21:20

    Oğlan və qız uşaqlarına ən çox qoyulan adların - Siyahısı

    Bu ilin yeddi ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

    Axar.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad yeddi ayda 1147 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (1089), Əli (1066), Hüseyn (1016), Məhəmməd (713), Ömər (667), Murad (666), Raul (563), Ayxan (517) və Tunar (480) tutur.

    İlin yeddi ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1163). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (889), Məryəm (829), Aylin (787), Mələk (778), Fatimə (746), Nuray (706), Nilay (647), İnci (586) və Dənizdir (532).

    Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş il ərzində 12 min 451 uşağa Yusif, 11 min 930 qız uşağına isə Zəhra adı qoyulub.

    Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı https://exidmet.justice.gov.az:8284) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR