AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan “ASALA”-nı dirçəldərək, Qarabağda təlim düşərgələri yaratmağa çalışır-deputat Anar Məmmədov

  • + A
  • - A
  • 2-09-2020, 13:00

    Paşinyan “ASALA”-nı dirçəldərək, Qarabağda təlim düşərgələri yaratmağa çalışır-deputat Anar Məmmədov


    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Tarixin müxtəlif dövrlərində dünyanın, demək olar ki, hər yerinə səpələnmiş ermənilər bütün imkanlardan istifadə edərək zaman-zaman “böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə səy göstəriblər.

    Buna görə də Ermənistanın xarici ölkələrdən olan erməniləri işğal edilmiş Dağlıq Qarabağda məskunlaşdırmağa cəhd etməsi də yeni məsələ deyil. Ermənilər hər fürsətdə öz çirkin niyyətlərini bir az daha artıq həyata keçirməyə cəhd etdiklərindən Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki ermənilərin Qarabağa köçürülməsini sadəcə mənfur düşmənin bu günə qədərki işğalçılıq və terrorçuluq əməllərinin davamı kimi hesab etmək lazımdır.
    Bundan əvvəl İraq və Suriyada gərgin hadisələrdən sui-istifadə edən Ermənistan həmin ölkələrin erməni və kürd kökənli əhalisini işğal altındakı Azərbaycan ərazisinə köçürməyə və qanunsuz məskunlaşdırmanı davam etdirməyə nail olmuşdu. Lakin, Qarabağda böyük savaş riski indi buraya dəvət olunanları da ciddi düşünməyə vadar edir. Çünki Ermənistanın Livan ermənilərinin Qarabağa köçürülməsində əsas məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə və burada yeni terror qruplaşmasının yaradılmasına nail olmaqdır. Bu zaman isə “ASALA” terror təşkilatının yenidən dirçəlməsi və bu təşkilatın Qarabağda yeni təlim düşərgələri açması və fəaliyyət göstərməsi üçün geniş imkanlar yaranır. Beynəlxalq münasibətlər sistemində gərginliyin artması, ermənilərin yenidən “ASALA”-nı dirçəldərək, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları keçirməsi isə artıq günün reallığına çevrilə bilər.
    Məlum olduğu kimi, Azərbaycan bu haqda beynəlxalq təşkilatlara və Minsk Qrupunun həmsədrlərinə müraciət etsə də, Ermənistan heç bir çağırışları və beynəlxalq hüququ nəzərə almayacaq. Belə olan təqdirdə isə Azərbaycan Ermənistanla beynəlxalq hüquq dilində danışmamalıdır. Ermənistanla güc dilində danışılmalıdır və ciddi zərbələr vurulmalıdır. Məhz ona görə də Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirir və ölkəmizin yanındadır. Mütləq şəkildə siyasi iradə ortaya qoyulmalı, qətiyyətli addımlar atılmalıdır. Ermənistanın məskunlaşma siyasətinin qarşısı isə qəti şəkildə alınmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR