Prezident general-leytenantı təltif etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Yaşar Ədilxan oğlu Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Y.Əliyev Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, Yaşar Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini, general-leytenantdır.