AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özünü öldürmək istədi, xilas olundu

  • + A
  • - A
  • 10-09-2020, 14:45

    Bu gün səhər saatlarında Bərdə şəhərində intihara cəhd hadisəsi baş verib.

    Çoxsaylı xəstəliklərdən əziyyət çəkən Nəsirov İlham Cavanşir oğlu sağ ayağındakı diabetik qanqrenadan sonra həkimlərin amputasiya edilməsi zərurətini deməsindən depressiyaya düşərək özünə qəsd etmək istəyib.

    O, Heydər Əliyev prospektində özünü yandırmaq istəyərkən ətrafdakı adamların müdaxiləsi ilə buna imkan verilməyib.

    Ayda 233 manat təqaüd alan ikinci qrup əlil olan İlham Nəsirovun xəstəlikdən dolayı son zamanlar əsəbləri pozulub və psixi durumu qaydasında deyil. Ayağının amputasiya olunacağı ehtimalındansa, tamamilə şoka düşərək özünə qəsd etmək istəyib.

    Əldə etdiyimiz son məlumata görə, İ.Nəsirovun vəziyyəti normaldır və həyatına heç bir təhlükə yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR