AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ora adam baxanda dəhşətə gəlirdi - İlham Əliyev

  • + A
  • - A
  • 23-09-2020, 20:40



    Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzidir. Dünyada neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir.

    Azadmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Balaxanı qəsəbəsinin sakinləri ilə görüşündə bildirib.

    "Biz orada, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi - qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma indi orada park salınıb. Biz Avropa Oyunlarının bəzi yarışlarını orada keçirdik. İndi marafon oradan başlayır. Orada incəsənət və idman şəhərcikləri, ölkəmizin ən böyük Su İdmanı Sarayı, bulvar yaradılıb. İkinci mərhələdə isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Orada da işlər gedir", - Prezident qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR