Adil Əliyev boş-boş danışıqlara zaman ayıracaq şəxs deyil, onun buna nə zamanı, nə də həvəsi yoxdu
Bu gün cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, vətənpərvər bir ziyalının - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyevin doğum günüdür. Sosial medianı izləyəndə Adil Əliyev barədə yalnız xoş sözlərə rast gəlmək olur. Həqiqətən də Adil müəllim onun haqqında deyilən xoş sözlərə layiqdir, həqiqətən də fəxr ediləsi insandır.
Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib.
Vətənpərvərliyi ilə seçilən Adil Əliyev 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.
İşgüzar və nüfuzlu insanları sevənlər çox olsa da, təbii ki, bu sevgini qısqananlar, xalqın sevgisindən narahat olanlar da tapılır. Ortanı qarışdıranlar da bundan sui-istifadə edir. Təbii ki, həmin insanlar işgüzar, nüfuzlu insanlara şər-böhtan atmaqla məşğuldurlar. Onların mənasız, həqiqətə uyğun olmayan iddialarına, qarayaxma kampaniyalarına Adil müəllim çox vaxt əhəmiyyət vermək istəmir. Lakin o susduqca naqislər hədlərini aşırlar. Bildiyimiz kimi, bu yaxınlarda Adil müəllimin məlum hadisələrə cəsarətli açıqlaması gündəmi zəbt etmişdi. Bu çıxışdan sonra Adil müəllimə qarşı təxribat xarakterli yazıların yazılması gözlənilən idi. Lakin bədxahlar unudurlar ki, deputat Adil Əliyev boş-boş danışıqlara zaman ayıracaq şəxs deyil, onun buna nə zamanı, nə də həvəsi yoxdu. Adil müəllim vəzifəsi və işgüzar nüfuzu ilə əlaqədar daha ciddi işlərlə məşğuldur. Uzaq keçmişdə qalan pandemiya günlərini xatırlayaq. Etiraf edək ki, Adil müəllimin komandası Adil müəllimin birbaşa maddi və mənəvi dəstəyi sayəsində ən çox aztəminatlı ailələrin yanında olan komanda kimi köməyi dəymiş ailələrin yaddaşında qaldı. Aztəminatlı ailələrə təkcə Bakı və Bakı ətrafı deyil, müxtəlif rayonlarda da maddi və mənəvi dəstək olan Adil Əliyev o çətin anlarda paytaxtda və bölgələrdə yaşayan şəhid və qazi ailələrini də unutmadı. Adil Əliyevin rəsmi səhifəsinə, onun komandasının sosial şəbəkələrdə etdiyi paylaşımlara baxanda, tanımadan Adil Əliyevin necə qəlbə, necə şəxsi keyfiyyətlərə malik vətənini sevən bir millət vəkili olmasını görmək mümkündür.
Azadmedia.az xəbər portalının kollektivi başda Xəlil Xəlilov olmaqla Adil müəllimi yeni yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayır. 100 yaşayın Adil müəllim!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR