AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komendant saatı elan olunan şəhər və rayonlar açıqlandı - SİYAHI

  • + A
  • - A
  • 27-09-2020, 19:39


    Azərbaycan Respublikası ərazisində tətbiq ediləcək hərbi vəziyyət dövründə vətəndaşlar xüsusi icazə əsasında küçələrə çıxa biləcək.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndi və 111-ci maddəsi rəhbər tutularaq, ölkə başçısı tərəfindən fərman verilib:

    “Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etməsi və Azərbaycan Respublikasına qarşı silahlı hücumları və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr tarixində saat 00:00-dan respublika ərazisində hərbi vəziyyət elan olunub”.

    Hərbi vəziyyətin təmin edilməsi məqsədilə “Hərbi vəziyyət” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tədbirlər həyata keçiriləcək:

    “Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə axşam saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

    Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçədə və digər ictimai yerlərdə olması qadağan ediləcək. Xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək. Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görüləcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR