AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI

  • + A
  • - A
  • 29-09-2020, 09:32


    Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

    Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Vendi Morton bölgədə gərginliyin aradan qaldırılmasının və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

    Qeyd olunub ki, nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib. Ermənistan silahlı qüvvələrinin bundan öncə olduğu kimi Azərbaycan mülki şəxslərini və obyektlərini hədəfə aldığını qeyd edən nazir, bunun işğalçı ölkə tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR