AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin köməkçisindən Makronun danışıqlar prosesi barədə təklifinə REAKSİYA

  • + A
  • - A
  • 3-10-2020, 19:20


    “Vasitəçilik mövqeyini həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidirlər”.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Makronun danışıqlar prosesindəki yeni formatla bağlı təklifinə münasibət bildirərkən deyib.

    O bildirib ki, birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək haldır:

    “Danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulan görüşlər barədə təkliflər vardı ki, Azərrbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər.

    Amma ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması istiqamətində səylər səfərbər edilməlidir ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə etibarilə sonluğa gətirilsin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR