AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailli siyasi texnoloq Yuri Boçarov: "Mən əminəm ki, biz nə vaxtsa erməni cəlladlarını mühakimə edəcək "Nürnberq" prosesinin şahidi olacağıq"

  • + A
  • - A
  • 11-10-2020, 15:35

    İsrailli siyasi texnoloq Yuri Boçarov: "Mən əminəm ki, biz nə vaxtsa erməni cəlladlarını mühakimə edəcək "Nürnberq" prosesinin şahidi olacağıq"



    AzadMedia.az-ın məlumatına görə, İsrailli siyasi texnoloq Yuri Boçarov, "Bu gecə Gəncənin raket atəşinə tutulması, Azərbaycan xalqına qarşı Xocalı faciəsindən sonra gördüyümüz yeni soyqırım aktıdır", deyib.

    O qeyd edib ki, Gəncədə dinc sakinlər həlak olsa da, dünya ictimaiyyəti hələ də erməni aqressiyası barədə danışmır, yalnız tərəfləri danışıqlara çağırır:

    "Amma otuz idir ki, danışıqları nəinki diqqətə almayan, hətta faktları təhrif etməklə öz qara işini görən tərəflə danışıqlar aparmağa dəyərmi?"

    Onun sözlərinə görə, növbəti dəfə Ermənistanın vandallıq və barbarlıq siyasətini və təcavüzünü pisləməyin mənası yoxdur, çünki artıq sözlər heç nəyi həll etmir:

    "Bu, Azərbaycan xalqına qarşı Xocalı faciəsindən sonra gördüyümüz yeni soyqırım aktıdır. Mən əminəm ki, biz nə vaxtsa erməni cəlladlarını mühakimə edəcək "Nürnberq" prosesinin şahidi olacağıq. Amma bu, yalnız Azərbaycanın yekun qələbəsindən sonra mümkün olacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR