Formula 1 üçün yeni məkan

Formula 1 Azərbaycan Qran-Prisinin gələcəkdə “Sea Breeze”də keçirilməsi ideyası yenidən gündəmə gəlib.
Bu barədə “Sea Breeze”in sahibi Emin Ağalarov “Instagram”da paylaşım edib.
E.Ağalarov bildirib ki, ərazidə Formula 1 trasının yaradılması ilə bağlı uzun müddətdir planlar müzakirə olunur. O, layihə çərçivəsində Formula 1 traslarının layihələndirilməsi ilə məşğul olan “Tilke” şirkəti ilə əlaqə saxlanıldığını açıqlayıb.
Onun sözlərinə görə, 2030-2031-ci illərə qədər tras və lazımi infrastrukturun yaradılması mümkün olarsa, yarışların “Sea Breeze”ə köçürülməsi nəzəri baxımdan mümkün ola bilər.
E.Ağalarov hazırda bununla bağlı konkret razılaşmanın olmadığını bildirib.
İş adamı paylaşımında “Sea Breeze”də Formula 1 yarışlarının keçirilməsini arzuladıqlarını qeyd edib və layihənin mümkün görünüşünü əks etdirən görüntülər yayımlayıb.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.