AzadMedia.az xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli, "Ermənistan sözül əsl mənasında işğalçı bir dövlətdir" deyib.
Belə ki, Bahçeli bildirib ki, bu iki ölkə arasında atəşkəsə çağırış Dağlıq Qarabağdakı azadlıq hərəkatını qaralamaqdan başqa bir şey deyil:
"Atəşkəs və Qərbin siyasi dialoq çağırışı ermənilərin əməllərini ört basdır etməyə çalışmaqdan başqa bir şey deyil. 27 sentyabrda Ermənistan atəşkəsi pozub, Azərbaycan isə öz torpaqlarını azad etmək üüçn əks hücuma başlayıb.
D.Bahçeli bildirib ki, Ermənistan açıq bir şəkildə mülki vətəndaşları hədəf almaqla hərbi cinayət işləmişdir: "Dağlıq Qarabağdakı problem 30 illik yox, Türkmənçay müqaviləsindən başlayan bir problemdir. Ermənilərin törətdiyi vəhşiliklərdən biri də Xocalı soyqrımıdır. Beynəlxalq qətnamələrə baxmayaraq Azərbaycanın haqlı davası məsələsində beynəlxalq ictimaiyyət ikili stnadtartlar davam etdirməkdədir. Bu qətnamələr Ermənistan tərəfindən yerinə yetirilmir. Münaqişənin hərb yollu ilə həll oluna bilməyəcyi sözləri heç bir məntiqə sığmır.
Putinin deməsi ki, savaş Azərbaycan torpaqlarında gedir, onu göstərir ki, Rusiya bu işğala qarşıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.