AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov : Qarabağdakı müharibənin müsəlman-xristian davası olmadığını daha geniş ictimaiyyətə çatdırmalıyıq

  • + A
  • - A
  • 16-10-2020, 14:05

    Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinovun Qarabağ həqiqətlərini özündə əks etdirən Müraciətinə cavab məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Son həftələrdə bütün beynəlxalq ictimaiyyətin diqqəti Dağlıq Qarabağ regionunda baş verən hadisələrə yönəlib. Biz sülh və dialoq tərəfdarı olaraq, münaqişənin ölkələrin ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq səviyyədə qəbul edilmiş akt və sənədlərə uyğun surətdə diplomatik yolla həll olunmasını istəyirik.

    Narahat olduğumuz əsas məqam isə ərazi münaqişəsinin dini münaqişə kimi qələmə verilməsidir ki, bu, qətiyyən doğru deyildir. Hesab edirik ki, Dağlıq Qarabağdakı müharibənin müsəlman-xristian davası olmadığını daha geniş ictimaiyyətə çatdırmaq bizim borcumuzdur və məsələyə bu cür yanaşma münaqişənin dərinləşməsinə, həmçinin yeni ölümlərə gətirib çıxara bilər.

    Biz insanların həyatının qorunması və danışıqların bərpa edilməsi üçün dua edirik. Ölkəmiz, xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı naminə dualarımı qəbul edin.”

    Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, eləcə də İslam dünyasında tanınmış ali təhsil müəssisələrinin və ali dini təhsil ocaqlarının rəhbərlərinə Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başladığı növbəti təxribatı ilə bağlı Müraciət ünvanlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR