AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hicran Hüseynova: Müəllimin şagirdə psixoloji təsiri də nəzərə alınmalıdır

  • + A
  • - A
  • Bu gün, 11:16

    Hicran Hüseynova: Müəllimin şagirdə psixoloji təsiri də nəzərə alınmalıdır

    Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müəllimlərin şagirdlərə yalnız tədris baxımından deyil, psixoloji və sosial cəhətdən də təsir etdiyini bildirib.

    Komitə sədri bu barədə parlamentdə keçirilən iclas zamanı danışıb.

    Hicran Hüseynova bəzi müəllimlərin şagirdlərin dünyagörüşünə mənfi təsir edən fikirlər səsləndirdiyini qeyd edib.

    “Baxırsan hansısa fənni yaxşı tədris edən müəllimdir, amma qıza deyir ki, ‘niyə oxuyursan, ərə get’. Düşüncələri gənc olan uşaqlara belə təsir edən insanlar var”, - deyə o bildirib.

    O vurğulayıb ki, təhsil sistemində genişmiqyaslı islahatlar aparılır. Bununla belə, müəllimlərin şagird auditoriyasına psixoloji baxımdan müsbət təsirinin qiymətləndirilməsi məsələsinin də diqqətdə saxlanılması zəruridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR