AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran və Səudiyyə Ərəbistanı arasında danışıqlar aparılıb

  • + A
  • - A
  • Bu gün, 17:24

    İran və Səudiyyə Ərəbistanı arasında danışıqlar aparılıb


    İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında regionda baş verən son hadisələrlə bağlı telefon danışığı baş tutub.

    İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan telefon danışığı zamanı Yaxın Şərqdəki son prosesləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

    Nazirlər regionda gərginliyin artmasından və qeyri-sabitliyin dərinləşməsindən narahatlıqlarını ifadə edərək, münaqişənin daha geniş ərazilərə yayılmasının qarşısının alınması üçün diplomatik səylərin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

    Tərəflər regional sabitliyin və təhlükəsizliyin bərpası istiqamətində dialoqun davam etdirilməsinin önəmini qeyd ediblər.

    Danışıqlar Yəməndə husilərin Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlarının intensivləşdiyi və regionda gərginliyin artdığı bir vaxtda baş tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR