AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə sədri müəllimlərin şagirdlərə təsiri ilə bağlı narahatlığını açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 11:14

    Komitə sədri müəllimlərin şagirdlərə təsiri ilə bağlı narahatlığını açıqlayıb

    “Müəllimlər çox zaman uşaqlara düzgün təsir göstərmirlər”.

    Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin komitə iclasında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bəzi müəllimlər tədris etdikləri fənn üzrə peşəkar olsalar da, şagirdlərə verdikləri mesajlarla onların dünyagörüşünə mənfi təsir göstərə bilirlər.

    “Baxırsan hansısa fənni yaxşı tədris edən müəllimdir, amma qıza deyir ki, ‘niyə oxuyursan, ərə get’. Düşüncələri gənc olan uşaqlara belə təsir edən insanlar var”, - Hicran Hüseynova bildirib.

    Komitə sədri əlavə edib ki, hazırda təhsil sahəsində ciddi islahatlar aparılır. Bununla yanaşı, müəllimin psixoloji baxımdan şagird auditoriyasına müsbət təsir göstərib-göstərmədiyinin müəyyənləşdirilməsi mexanizmlərinin də vacib olduğunu diqqətə çatdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR