AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev: Azərbaycan və Meksika arasında yeni əməkdaşlıq perspektivləri formalaşır

  • + A
  • - A
  • Bu gün, 23:03

    Hikmət Hacıyev: Azərbaycan və Meksika arasında yeni əməkdaşlıq perspektivləri formalaşır


    Azərbaycan və Meksika arasında beynəlxalq platformalarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bildirib.

    Hacıyev Meksikanın Latın Amerikası regionunun sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, mühüm iqtisadi nailiyyətlər əldə etdiyini və G20 çərçivəsində fəal rol oynadığını diqqətə çatdırıb.

    Prezidentin köməkçisi qeyd edib ki, bu amillər Azərbaycan-Meksika münasibətlərinin, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

    O, WUF13 çərçivəsində iki ölkə arasında əlaqələrin inkişafı baxımından yeni perspektivlərin yarandığını da bildirib.

    “Ölkələrimiz şəhərsalma gündəliyinin beynəlxalq səviyyədə təşviqi və bu sahədə əldə olunan zəngin təcrübənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməkdaşlıq üçün yaxşı imkanlara malikdir”, - deyə Hikmət Hacıyev əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR