AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq: “Güclü dövləti və güclü lideri olan millətin özü də güclü olur, Müstəqilliyin mübarək, “Qüdrətli Azərbaycan!”

  • + A
  • - A
  • 18-10-2020, 21:15

    Politoloq Ülkər Piriyeva - AzadMedia.az - a "Azərbaycanın Dövlət Müstəqillik Günü" münasibətilə və əldə olunan uğurlar barədə açıqlama verib..

    Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür..

    Belə ki, 20-ci yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində, Azərbaycan xalqı 20-ci yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı.

    Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

    Beləliklə, həmin ilin 18 oktyabr tarixli sessiyasında, Azərbaycan Respublikasının Ali Sovetinin "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

    29 il öncəki, Azərbaycanın siyasi tarixinə nəzər yetirsək, onu qarışıqlıq, xaos, anarxiya olaraq qiymətləndirə bilərik, bu dövrdə ölkənin pis idarə edilməsi xalq və hakimiyyət arasında uçurum, ölkənin inkişafında problemlər yaratmış, vətəndaşların özünə inam hissinin zəifləməsinə və müstəqil dövlətin az qala itirilməsinə gətirib çıxartmışdı.

    Hər bir halda, milli dövlətin qurulmasında, millətin vahid ideya ətrafında birləşdirilməsində liderin rolu, biliyi, bacarığı, nüfuzu və xalqın etimadını qazanması mühüm rol oynayır.

    Əslində, belə bir şəraitdə xalq güclü dövlətin qurulmasına ehtiyac duyurdu. Yaranmış ümumi böhrandan çıxmaq üçün Azərbaycan xalqının və rəsmi hakimiyyətin ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsi ilə ölkə və milli dövlətçilik tarixində yeni bir mərhələ başladı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan ərazisi xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan, xalqı müstəqil dövləti itirmək təhlükəsindən xilas oldu və böhrandan çıxmağa başladı. Güclü dövlətin qurulmasına başlanıldı. Dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk dəfə olaraq Azərbaycan Respublikasının əsas qanunu - Konstitusiyası qəbul edildi və Milli Məclisə seçkilər keçirildi. Bütün bunlar zəif milli dövlətdən güclü müstəqil milli dövlətin qurulmasına keçid üçün mühüm addımlar oldu. Azərbaycan xalqı güclü dövlətin qurulması əhəmiyyətini bir daha dərk etmiş oldu.

    Bu gün, Azərbaycan prezidenti cənab İlham Əliyev bir daha dünyaya sübut etdi ki, müstəqil Azərbaycan dövləti özü işğal altında olan torpaqlarının müqəddəratını təyin etmə qüdrətinə malik bir ölkədir. Qarabağ uğrunda ədalətə və haqq yoluna dayanan mübarizə əzmimiz torpaqlarımızın son qarışını alana qədər yüksək iradə ilə davam edir və edəcəkdir.

    Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali baş komandanımızın qeyd etdiyi kimi, “Bizim işimiz haqq işidir, Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

    Bu gün, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, Türkiyənin Şırnak vilayətində keçirilən konqresdəki çıxışında bildirib.
    Ərdoğan Azərbaycanla Ermənistan arasında daha bir atəşkəsin elan olunduğunu xatırladaraq, qeyd edib ki, Ermənistan bir daha təxribata yol verib və atəşkəsi pozub: “Bu gecə atəşkəs elan edildi, amma Ermənistan yenə atəşkəsi pozdu. Bütün bu həqiqətlər ortada ikən Qərb səs çıxarırmı? Çıxarmır. Türkiyənin səsi çıxınca isə, qınanırırq. Susmayacağıq, dayanmayacağıq”, deyə bildirdi.

    Söyləmək yerinə düşərdi ki,
    Ermənistan silahlı qüvvələri hər iki humanitar atəşkəsi açıq şəkildə pozaraq, Gəncəni, Mingəçeviri, Bərdəni bombardman elədi, Gəncədə növbəti dəfə terror aktı törətdi, dinc əhalini gecə yuxusunda ikən ağır artilleriyadan, skad raketindən atəşə tutdu. Keçən hər dəqiqədə, Humanitar atəşkəsin arxasında gizlənərək digər dünya gücləri olaraq gördüyü qüvvələri də buraya cəlb etmək istədi. Lakin Azərbaycan yalnız və yalnız öz bildiyi doğru və haqq yolunda irəliləyir, irəliləyəcəkdir. Bu gün Ermənistan hərbi qüvvələri nəyinki sivillərimizi, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bombalamaq üçün qırıcılardan istifadə edir. Belə bir halda terror qaynağı olan Ermənistana güvənmək nə dərəcədə mümkündür?..

    Belə bir halda, bizim bir amala güvənimiz tamdır. Bu Cənab Ali Baş Komandanımızın yüksək və cəsur iradəsi, rəşadətli ordumuzun hərbi vətənpərvər gücüdür!

    Qeyd edim ki, dövlətimizin haqlı mübarizəsində qələbə çalacağına tam şəkildə inanırıq:
    Minsk Qrupu həmsədrləri kimlərdir ? Rusiya, Fransa, ABŞ. Ermənistana hər cür silah dəstəyi verirlər. Bütün bunlar edilərkən Azərbaycan ordusu canları bahasına mübarizə aparırlar. Aradan 30 il keçməsinə baxmayaraq, ABŞ, Rusiya, Fransa bu müzakirəni bitirib, işğal altındakı torpaqlarımızı geri almasına imkan yaratmadılar. Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Bu gün, Azərbaycan sadəcə və sadəcə olaraq, işğalda olan öz torpaqlarını azad edir, bundan təbii nə ola bilər?

    Azərbaycan xalqının öz Ali baş komandanı cənab ilham Əliyevə və ordumuza olan güvəni tamdır. Bu gün Ali Baş komandanımızın öndərliyində ordumuz təqvimdə “Qara” yazılan günləri hər gün “Qələbə” xəbərləri ilə “Qırmızı” rəngə boyayır. Üç rəngli bayrağımızı işğaldan azad etdiyi torpaqlarımızda qaldırır. Bundan böyük xoşbəxtlik nə ola bilər..


    Biz əminliklə deyə bilərik və inanırıq ki, Azərbaycan ordusu bu haqlı mübarizəmizdə qalib olacaq və hər gün əldə etdiyimiz qələbə xabərləri yekun Tarixi Qələbə gününü tam şəkildə, təqvimə "Qırmızı hərflərlə" yazdıracaq!

    Güclü dövlət, vətəndaşı milli ideya ətrafında birləşdirərək strateji hədəflərə doğru apara biləcək bütün demokratik təsisatların səlahiyyətləri çərçivəsində normal fəaliyyət göstərməsi və hər bir vətəndaşın güclü milli dövlətin olmasına ehtiyacı vardır. Belə ki, Azərbaycan vətəndaşının bu vətəndaşlıq ehtiyacı istər ölkə daxilində, istər ölkə xaricində və istərsə də, savaş meydanında tam şəkildə təmin olnmaqdadır..

    Və bu gün işğaldan azad edilən, Cəbrayıl, Fizuli, Murov zirvəsi, Xudafərin və digər onlarla mövqelərimiz buna bariz nümunədir.

    Güclü lider, ictimai-siyasi xadim cənab, Ali baş komandan İlham Əliyevin sözləri ilə, “Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır”, “Qarabağ Azərbaycandır”!


    “Güclü dövləti və güclü lideri olan millətin özü də güclü olur, Müstəqilliyin mübarək, “Qüdrətli Azərbaycan!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR