Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 29,1 faiz azalıb və 2 milyard 869 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 761,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 61,4 faizini təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.