Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi şəkildə sarsıldı.
Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu sentyabrın 27-də saat 06:00 radələrində təxribatı nəticəsində atəşkəs rejiminin kobud şəkildə pozulmuşdur.
Aərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına və Ermənistanı sülhə məcburetmə əməliyyat başlamışdır.
Şimali Osetiya-Alaniya Respublikası "Azərbaycanlılar Konqresinin" mətbuat xidmətinin rəhbəri Elçin Şükür öz ənənəsinə sadiq qalaraq, Vətən müharibəsinin davam etdiyi günlərdə xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının rəhbərləri ilə görüşüb Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördükləri işləri ictimailəşdirməklə dövlətimizə ordumuza dəstəyini ifadə etməkdədir.
Elçin Şükürün bugünkü müsahibi İnquşetiya Respublikası azərbaycanlıları regional milli-mədəni muxtariyyətinin qadınlar şurasının sədri Hüseynəliyeva Aybəniz Babayar qızıdır.
-İnquşetiya Respublikası regional milli-mədəni muxtariyyətinin qadınlar şurasının sədri Aybəniz Hüseynəliyevanı oxucularımıza necə təqdim edək?
Mən, Hüseynəliyeva Aybəniz Babayar qızı 25 dekabr 1966-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşam. İbtidai təhsilimi Lənkəran şəhər 1 saylı orta məktəbində almışam. Ailəmizin Sumqayıt şəhərinə köçməsi ilə əlaqədar orta təhsilimi Sumqayıt şəhər 1 saylı orta məktəbdə davam etdirmişəm. Orta məktəbi bitirdikdən sonra toxucu peşəsinə yiyələnib əmək fəaliyyətinə başlamışam. İnquşetiya Respublikasında biznes fəaliyyəti ilə məşğul oluram. Həm də ictimai fəal kimi diaspora təşkilatında qadınlar şurasının sədri kimi fəaliyyət göstərirəm. 2 oğlum, 2 nəvəm var.
-İnquşetiya Respublikası regional milli-mədəni muxtariyyətinin qadınlar şurasının sədri kimi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyümüz işlər barədə məlumat verməyinizi xahiş edirik.
-Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın çirkin əməllərini dünya ictimaiyyətinə çatdırmaq üçün hər gün xarici telekanallara, informasiya resurslarına müsahibələr verir. Bu müsahibələrində dövlət başçımız dünyaya öz mesajlarını, Azərbaycanın haqlı mövqeyini çatdırır.
Ermənistanın müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xaricdə yaşayan soydaşlarımızın, xüsusilə ziyalılarımızın, diaspor təşkilatlarının, iş adamlarının üzərinə böyük məsuliyyət düşür.
İlham Əliyev cənabları Prezident seçilərkən "Mən hər bir azərbaycanlının prezidentiyəm" demişdir. Həqiqətdir! O, həm də hər bir əsgərin prezidenti və himayədarıdır.
Möhtərəm Prezidentimizin cəmiyyətin bütün sahələrinə olan diqqət və qayğısı, insanların sosial səviyyəsinin yüksəlməsi üçün imzaladığı sərəncamlar hər bir vətəndaşın qəlbində nurlu gələcəyə yaradığı inamın təzahürü bugünkü - Qələbələrimizdir deyə bilərik.
İnquşetiya Respublikası regional milli-mədəni muxtariyyəti olaraq müxtəlif dairələrdə görüşlər və tədbirlər keçirərək bu məsuliyyətli gündə öz töhfələrimizi verməyə çalışırıq.