AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün Azərbaycan xalqının qürurunun özünə qayıtdığı, bu gün narahat ruhların şad olduğu bir gündür

  • + A
  • - A
  • 8-11-2020, 14:13

    Bu gün Azərbaycan xalqının qürurunun özünə qayıtdığı, bu gün narahat ruhların şad olduğu bir gündür


    Bu günü Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bu gün Azərbaycan xalqının qürurunun özünə qayıtdığı, bu gün narahat ruhların şad olduğu bir gündür. 8 noyabr - Şuşanın işğaldan azad olunması gününü Ali Baş Komandanımız İlham Əliyev tariximizə qızıl hərflərlə yazdı.

    Bu sözləri Azadmedia.az saytına sevinc dolu anları bölüşərkən millət vəkili Məşhur Məmmədov bildirərək sözlərinə cənab Prezidentin sözləri ilə davam etdi:

    "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

    Cənab Prezidentin bu sözləri Ulu Öndərimiz Heydər Əliyevin də Qarabağ nisgilindən, bu gün onun da ruhunun şad olmasından xəbər verir.
    Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!
    Gözün aydın, Azərbaycan!
    Gözün aydın, Türkiyə!
    Gözün aydın, Türk dünyası! Bütün dünya Türk Liderinin diplomatiyasının, Türk Ordusunun zəfərinin şahidi oldu!
    Sonda M.Məmmədov Şuşanı zəfər qalamız, Azərbaycanın baş tacı adlandıraraq, möhtəşəm qayıdışı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR