Düşmənin yaratdığı “hamimiz.com” saytı ilə bağlı araşdırma başlanıldı - RƏSMİ
Döyüş meydanında Azərbaycan Ordusu qarşısında məğlub olan düşmən sosial media və digər rəqəmsal platformalarda müxtəlif saxta səhifələr, o cümlədən, saytlar yaradıb cəbhəboyu zonadakı vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də, silah-sursat barədə saxta xəbərlər ictimailəşdirməklə vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.
Azərbaycan Ordusunun uğurlarının Ermənistan əhalisindən gizlədilməsinə, vətəndaşlarımızda təşviş yaratmağa yönələn bu cəhdlər ifşa olunmaqdadır.
Bununla bağlı Baş Prokurorluğunun məlumatında deyilir.
Bildirilib ki, Ermənistan tərəfindən həyata keçirilmiş növbəti təxribatlardan biri də “hamimiz.com” adlı saxta saytın yaradılmasıdır.
Həmin “fake” saytda guya şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların siyahısına mülki şəxslərin,o cümlədən, qadınların da adları daxil edilib.
Bununla da, qeyd olunan saytın düşmənin maraqlarına xidmət etməsi,əhalimiz arasında təşviş yaratmaq məqsədi daşıması müəyyən edilib.
Hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, bu kimi saxta saytlarda və digər informasiya daşıyıcılarında olan təxribat xarakterli məlumatlara inanmağa çağırır, şübhəli hər hansı saxta platforma ilə qarşılaşan zaman hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur.
Hazırda qeyd edilən saxta saytla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.