AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşanın azad olunması qeyd edildi

  • + A
  • - A
  • 10-11-2020, 12:57


    Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi qeyd olunub.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Heydər Əliyev Parkında baş tutan tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

    Mərasimdə azərbaycanlı diplomatlar, iş adamları, SOCAR və “Akkord” şirkətlərinin bu ölkədəki nümayəndəliklərinin rəhbərləri və üzvləri, gürcü ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

    Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev soydaşlarımızı ikiqat bayram - Dövlət Bayrağı Günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə təbrik edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR