Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə avtoyürüş təşkil ediblər.
Həmvətənlərimiz hər zaman, o cümlədən müzəffər Azərbaycan ordusunun qələbə salnaməsi yazdığı bu günlərdə daimi Azərbaycanın yanında olduqlarını bildiriblər.
Avtoyürüşün sonunda iştirakçılar “Şuşa Qarabağdır!” “Qarabağ-Azərbaycandır!” şüarları səsləndiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.