AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu zəfərin memarı İlham Əliyev və Şanlı Ordumuzdur - Sahibə Qafarova

  • + A
  • - A
  • 10-11-2020, 13:16


    Milli Məclisin spikeri Sahibə Qafarova Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə xalqı təbrik edib.

    AzadMedia.az-ın məlumatına görə, təbrikdə deyilir:

    "Hörmətli həmvətənlər! Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm!

    Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan günlər olacaqdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq.

    Bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Ali Baş Komandanımız İlham Əliyev və Şanlı Ordumuzdur!

    Bu zəfər Azərbaycan xalqının, onun Liderinin və Ordusunun gücünü bütün dünyaya göstərdi.

    Eşq olsun Ali Baş Komandan İlham Əliyevə!
    Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!
    Qarabağ Azərbaycandır!
    Yaşasın Azərbaycan"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR