AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: “İşğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış infrastruktur yenidən qurulacaq”

  • + A
  • - A
  • 13-11-2020, 11:49



    “Biz əminik ki, Azərbaycan Prezidenti ermənilərin dağıtdığı ərazilərimizdə bərpa işlərini aparacaq və Qarabağ əhalisi öz ata yurdlarına geri qayıdacaq”.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

    Spiker qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış bütün infrastruktur yenidən qurulacaq.

    “Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra heç kim bizi bu torpaqlardan çıxara bilməz. Biz bu qələbəni Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna borcluyuq. Qarabağ Azərbaycandır!”

    MM sədri vurğulayıb ki, bizə demokrtaiya dərsi keçməyə çalışanlar əvvəl gərək güzgüdə özlərinə baxsınlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR