AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaddaşlarda yaşayacaq, Azərbaycan igidləri – Leytenant Fərid Məmmədov

  • + A
  • - A
  • 15-11-2020, 14:00

    Yaddaşlarda yaşayacaq, Azərbaycan igidləri – Leytenant Fərid Məmmədov

    Keçmişdən bu günə, ulu babalarımızın bugünkü nəsillərə müqəddəs əmanəti Odlar Yurdu, müasir, müstəqil, qüdrətli Azərbaycan!

    Son 30 ildə həyatıməzda kimləri itirməmişik – əzizlərimizi, məktəb və tələbə yoldaşlarımızı, dostlarımızı, yaxın qohum – qonşularımızı... Bir də Vətənimizin ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşı apararaq həlak olan dağ cüssəli igid əsgər və zabitlərimizi. Yurdumuzun arxa-dayağı olan, "Vətən sağ olsun” deyərək canından keçən Milli Ordumuzun qəhrəman oğullarının hər birinin xatirəsi bizə əzizdir.

    Bu torpağın hər bir qarışı bizim üçün candan əzizdir! Niyə? Çünki bu torpağın hər bir qarışı üçün canından keçmiş, mənfur düşmənlərimizə, işğalçı qonşularımıza qarşı ölüm-dirim çarpışmalarında şəhid olmuş ata-babalarımızın qanından yoğrulmuşdur. Odlar yurdu vətənimiz Azərbaycan qədim tarixə, tükənməyən yeraltı və yerüstü sərvətlərə malikdir. Təəssüflər olsun ki, tarix boyu qardaş bilib güvəndiyimiz, dar zamanda bizə kömək edəcəyinə inandığımız bədnam qonşularımız hər zaman bizə bir yağlı tikə kimi baxıblar. Amma şükürlər olsun ki, Ulu Tanrı bu sərvətləri bizə verərkən onların keşiyində layiqincə dura biləcək Babək, Cavanşir, Koroğlu, Uzun Həsən, Şah İsmayıl Xətai, Mehdi Hüseynzadə, Qəhrəman İsmayılov, Mübariz İbrahimov, Polad Həşimov, şəhid Leytenant Fərid Məmmədov və digərləri kimi oğullar nəsib edib.

    O sonsuz mavi səmaya qan qoxusu verən, Qarabağ..

    Bir zamanlar silahların keçilmədiyi göyləri olan torpağa..

    Vətənin o gəncəcik övladlarının qanının axdığı torpaqlarına. O qara qaranlıqda, ağlayan anaların fəryadına..

    Hörmət və ehtiramla yanaşıram, Qarabağımın əziz və möhtərəm Şəhidlərinə və onların ruhlarına..

    Vətən torpaqları müqəddəsdir. İnsan lazım olduqda vətəni üçün canını verməkdən çəkinmir və şəhid olur.


    Onlar isti evlərində yatmadan, isti, soyuq bilmədən səngərdə növbət tutdular. Həyata doymadan o soylu qanlarıyla bayrağımıza rəng verdilər. Sevdiklərinə qovuşmadan vətən üçün şəhid oldular. Vətən irq deyil, din deyil, dil deyil, sadəcə sahib olunan torpaq olduğunu göstərdikləri birlik mübarizəsi ilə əsil önəm verilməsi gərəkliliyini şəhidlik zirvəsinə qanla yazdıqları möhtərəm və müqəddəs and yerimizdir.

    İnsan ölkəsinin düşmənlər tərəfindən işğalını qəbul edə bilməz və qəbul etməməlidir. Buna görə hər hansı bir təhlükə vətənin qorunmasını tələb edir. İnsan hər şərtdə vətənini qorumalı və müdafiə etməlidir!

    Şəhidlik çox uca və müqəddəs bir rütbədir. Vətən uğrunda şəhid olan əsgərlər millətin vətənində əmin-amanlıq içində yaşamaları üçün döyüşərkən ölürlər. Bu səbəbdən vətənimiz və şəhidlərimiz üçün ürəyimizdə əhəmiyyətli bir yer ayırırıq. Eləcə, Ağdamın Xıdırlı kəndindən olan şəhid leytenant Fərid Məmmədovun xatirəsi də, ürəyimizdə əzizdir.. O, Azərbaycan Ordusunun Qarabağ uğrunda

    Böyük Vətən Müharibəmizdə öz canından keçərək Vətən uğrundan şəhidlik zirvəsinə ucaldı..

    Deməli əgər, bu gün bu torpaqlarda rahat yaşaya biliriksə, bunu borclu olduğumuz şəhidlərimiz olmasa idi, düşmənə qarşı qorxaqca davranan bir millət olmuş olsa idik, əmin olun ki, bir millət belə ola bilməzdik. Millətimizin yaşamasının və gələcək nəsillərə rifah dolu, sağlam şəkildə çatmağımızı təmin edən şəhidlərimiz bu fədakarlıqlarını heç bir şeyin qarşılığında etmədilər. Sadəcə və sadəcə, “Vətən Sağ olsun” düşüncəsiylə hərəkət etdilər. Onlara buradan təkrar-təkrar dəfələrlə minnəttarlıq hisslərimizi ərməğan edirik..

    Bəzi xalqların tarixləri araşdırıldıqda, yüz illərdir həmişə əsirlikdə olduqlarını görürük və oxuyuruq. Bu vəziyyət bizim kimi qəhrəman millətlərin əksinə olaraq, çox maraqlıdır. Mandat və himayə altında olan, hər zaman düşmənin zəifləməsini və başqa bir güc tərəfindən qovulmasını gözləyən, yüz illərdir əsir götürülmüş, ölkələrin olduğunu görmək olduqca üzücüdür. Əlbətdə ki, insanların sonsuz ambisiyaları ucbatından edilən müharibələri müdafiə etmirik, ancaq vətən təhlükə altındadırsa və vətəni qorumaq lazımdırsa, yerin altında geri çəkilmək deyil, üz-üzə vuruşmaq gərəkliliyi bir həqiqətdir. Necə ki, illərdir etdiyimiz kimi, bu gün cənab Ali Baş Komandanımızın əmri ilə Azərbaycan Ordumuz öz torpaqlarımızı işğaldan tam azad etmək yolunda, müvəffəqiyyətlə irəliləyir, müzəffər ordumuz dünya tarixinə - Azərbaycan dövlətinin Rəşadətli Ordusunun öz torpaqları uğrunda, Zəfər tarixini yazmaqda davam edir..

    Biz, Azərbaycan xalqı tariximiz boyu, heç vaxt əsirlikdə yaşamamışıq və bundan sonra da yaşamayacağıq. Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi olan Heydər Əliyev kimi böyük insanları yetişdirmə qabiliyyətinə sahib bir millət olaraq, biz hər zaman tam müstəqilliyi haqq etmiş bir xalq olmuşuq. Bu da liderimiz və şəhidlərimiz sayəsində olub. O şəhidlərimizin hər birini yaxından tanımasaq da belə..

    - Bir milləti ayaqda saxlayan onun tarixidir. Bizi Ayaqda saxlayan, öz şanlı tariximiz, Qüdrətli Ordumuz, Güclü Liderimiz və Azərbaycançılıq ideologiyamızdır.

    Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

    Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq borcudur.

    - Haqlı olan hər zaman güclüdür. Biz haqlıyıq, Qarabağ bizimdir, biz Qarabağıq və Qarabağ Azərbaycandır. Mənim üçün çox müqəddəs və əvəzsiz olan vətənim, onun yolunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi hər zaman müqəddəsdir..

    Azərbaycan müstəqil bir ölkə olaraq tarixin ağır sınaqlarından çıxıb və hələ də böyük sınaqla üz-üzədir. Bu sınaqdan üzü ağ çıxırıq hal-hazırda. Çünki ölkəmizin güclü siyasi lideri olan İlham Əliyev kimi Ali Baş Komandanı, vətən uğrunda 10 dəfə dünyaya gələrsə, elə 10 dəfə canından keçməyə hazır olan Fərid Məmmədov kimi qəhrəman oğulları var. Nə xoşbəxt Azərbaycan xalqına ki, bu vətənin bütövlüyü uğrunda elə Fərid kimi yüzlərlə igidlərimiz öz canından keçmək arzusundadır.

    Bu gün ölkəmizin qorunmasında, saxlanılmasında, müstəqil dövlət kimi yaşamasında və inkişaf etməsində şəhidlərimizin böyük rolu olmuşdur. Məhz bu səbəbdən də hər bir azərbaycanlı onları öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daim xatırlamalı, qiymətləndirməli, tanıtdırmalı, bugünkü və gələcək nəsillərimizə örnək olan ömürlərindən dərs almalı, onlara minnətdar olmalıdır!

    Bəli, bu gün ölkəmiz müstəqildir, azaddır və firavandır. Əlbəttə ki, bu azadlıq və firavanlıq onların qəhrəmanlığı bahasına başa gəlib. Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkəsidirsə və bu inkişaf göstəriciləri ilə dünyanın diqqətini cəlb edə bilirsə, təbii ki, bütün bunlar qəhrəman oğul və qızlarımızın canlarını fəda edərək qazandığımız müstəqilliyimizin və bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyev Siyasi kursunun davamçısı möhtərəm liderimiz, cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin nəticəsidir.

    Şəhid Leytenant Məmmədov Fərid Vəlhəd oğlu 29.04.1990-cı il Bakı şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə rus bölməsində təhsil almışdır. 2008-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi hava və hava hücumundan müdafiə qoşunlarında əsgərlikdə olmuşdur. 2010-2016-cı illərdə DİN - Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi işləmişdir. 2013-cu ildə paradda iştirak etmişdir. "Silahlı Qüvvələrin yaranmasının 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli" medalı (10il) və "Daxili Qoşunların Yaranmasının 20 illiyi" yubiley döş nişanı ilə təltif olunmuşdur. Əslən Qarabağ bölgəsindəndir (Ağdam rayonu Xıdırlı kəndi)2017-ci ilin yanvar ayından Müdafiə Nazirliyində gizir hərbi rütbəsi ilə hərbi xidmətini davam etdirmişdir. 2014-2019-cu illərdə Bədən tərbiyə və idman Akademiyasında ali təhsil almışdır (qiyabi). 2019-cu ilin dekabr ayında leytenant ilk zabit hərbi rütbəsini almışdır. 2020-ci ilin oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərinə ezam olunmuşdur.

    - Əslən Ağdamın Xıdırlı kəndindən olan Şəhid Leytenant Fərid Məmmədov, oktyabr ayının 25-də cəbhədə Füzuli-Xocavənd istiqamətlərində Qarabağ uğrunda gedən döyüşlərdə, döyüş tapşırıqlarını həyata keçirərkən şəhid olmuşdur. Başın Sağ Olsun, VƏTƏN!!!

    Onun yoxluğunu qəbul etmək və bu fikrə alışmaq valideynləri qədər əzizləri, yaxınları və dostu Cavidan başda olmaqla hər kəs üçün ağırdır.

    Fəridin ən yaxın dostlarının fikrincə, şəhid olmağı Fərid özü arzulayırdı, bu onun seçimi idi!


    Yaxın dostunun sözlərilə, “Fərid ona verilmiş ömür payını bizim dinc yaşamağımız üçün bağışlayaraq vətənə xidmət yolunda şəhidlik zirvəsinə ucaldı. Sübut etdi ki, vətən və torpaq sevgisi hər şeyin fövqündə dayanır. Bu isə hər kəsə qismət olmur. Çünki şəhidlik adi ölüm deyil. O, özünün müqəddəs statusu ilə gələcək nəsillərə dayaq və nümunə olacaq. O, hər kəsə nəsib olmayan zirvəyə, vətən sevgisinin ən uca zirvəsinə - ŞƏHİDLİK ZİRVƏSİNƏ yüksəlib.

    Yerin behişt, qəbrin nurlu olsun, əziz dostum, qardaş cənab Leytenant Fərid Məmmədov!”

    Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız Cənab İlham Əliyevin çıxışında bildirdiyi kimi: “Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi-texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındaydı. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Mübarizlə, Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar”.

    “Qüdrətli Azərbaycan tarixi qələbə qazandı”

    Bəli, Leytenant Fərid Məmmədov başda olmaqla, Azərbaycanımızın igid oğulları Azərbaycan Ordusunun Ali Baş Komandanının əmri ilə, Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını azad elədi.. Mərdliklə, cəsarətlə, şücaətlə...

    10 noyabr tarixi Azərbaycan tarixinə qələbə günü kimi daxil oldu..

    Həm hərb meydanında, həm də siyasət masasında, Azərbaycan bütün dünyaya özünün hərbi və siyasi gücünü sübut edərək tarixi ZƏFƏR qazandı.

    Bütün Beynəlxalq hüquq Azərbaycanın tərəfində idi və qardaş Türkiyənin mənəvi dəstəyi danılmaz idi və hər zamanda belə olacaqdır, çünki Azərbaycan-Türkiyə dostluğu əbədidir, hərtərəfli əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcəkdir.

    Beləliklə, tarixin faciəli 30illik qara səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayrağımız qürurla dalğalandı və azan səsi Qarabağımızda yenidən yüksəldi. Qüdrətli Azərbaycanın qəhrəman ordusu qələbə qazandı.

    Artıq, bölgədəki qələbə və sülh kölgəsində yaralar sağalacaq və yenidən, “Sarı Gəlin, Qarabağ, Şuşa” mahnıları 30 illik vətən həsrətli torpaqlarımızda oxunacaqdır. Bu tarixi qələbənin və 10 noyabr gecəsinin gözəl izzəti qiyamətə qədər davam edəcək, İnşallah.

    Belə ki, Azərbaycanın qanuni, hüquqi haqqı və qələbəsi nəhayət düşmən, işğalçı Ermənistan tərəfindən tanındı. Ermənistan işğal etdiyi Qarabağdan geri çəkilməli və təslim olmalı idi. Bu belə də oldu. İstər diplomatiya, istərsə də hərb meydanında nə Ermənistan hakimiyyəti, nə də erməni ordusu tab gətirə bilmədi. Ermənistan təslim oldu və məğlubiyyətini bütün dünya önündə qəbul elədi. Hərb meydanında, siyasət meydanında Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və Müzəffər Ordumuz qalib gəldi, bütünlükdə, Azərbaycan Xalqı qalib gəldi!

    Tarixin bir qara səhifəsi Azərbaycanın qələbəsi ilə bağlandı.

    Biz də inanırıq ki, bu tarixi qələbənin şəhid qəhrəmanlarının müqəddəs ruhları Allah dərgahında mübarək adları ilə xalqımızın qəlbində əbədi yaşayacaq!

    Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları, darmadağın etdilər!

    Allah sizə rəhmət eləsin millət qeyrətli şah damarlı igid oğul və qızlarımız, Allah sənə rəhmət eləsin, Leytenant Fərid Məmmədov!

    Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR