AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Odlar Yurdu Universitetindən pul ilə dolu seyf aparanların məhkəməsi

  • + A
  • - A
  • 29-05-2018, 09:57

    Odlar Yurdu Universitetindən pul ilə dolu seyf aparanların məhkəməsi















    Odlar Yurdu Universitetinin prorektorunun otağındakı seyfdən küllü miqdarda pul aparan universitet müəllimi Ali Məhkəməyə müraciət edib.
    “Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən, "Odlar Yurdu"nun hərbi və mülki müdafiə şöbəsinin müdiri işləmiş Vəliyev Vuqar Süleyman oğlunun məhkəmə prosesi iyun ayının 13-də hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində təqsirləndirilənin əmisi oğlu Vəliyev Munir Əhməd oğlu tanınıb.

    Xatırladaq ki, Vüqar Vəliyev 6 nəfərlə birlikdə 2016-cı ilin yanvar ayında Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat dəyərində pul olan seyfi oğurlamaqda ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər birinə 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Ev dustaqlığında olan Mirsənan Seyidova 1500 manat, Fərahim Baxışova isə 2500 manat cərimə cəzası kəsilib.

    Təqsirləndirilən Vüqar Vəliyev isə günahsız olduğunu qeyd edib. Munir Vəliyev isə oğurluğa görə daha çox öz əmisioğlu - təqsirləndirilən şəxslər sırasında olan Vüqar Vəliyevi günahlandırıb.

    Məsuliyyətə cəlb olunanlardan yalnız Vüqarı tanıdığını deyən prorektorun sözlərinə görə, hadisə günü axşam ona gözətçi zəng vurub, kabinetin qapı-pəncərəsinin açıq olduğunu bildirib:
    "Gecəylə universitetə gəldim. Mən gələnədək gözətçi olanları polisə xəbər vermişdi. 18-ci bölmənin işçiləri artıq orada idilər. Seyfin içində 219 min dollar və 94 min manat pul olub. Pulu otağa bir gün əvvəl müavinim Ceyhun Əliyevlə gətirmişdik. Pulun gətirildiyini Vüqar Vəliyevlə Elməddin adlı keçmiş tələbəmiz görmüşdü. Ona görə də birinci gündən Vüqardan şübhələnmişdim".

    Vüqar Vəliyev əmisioğlunun onun ünvanına söylədiklərini inkar edib. Deyib ki, nə bu məsələdən xəbəri olub, nə də cinayətdə iştirak edib.

    "Seyfi otağı yaxşı tanıyan adam aparıb"

    Universitetin kadrlar şöbəsinin müdiri Rafiq Qasımov da məhkəmədə ifadə verib. Əhməd Vəliyevin Vüqara toy eləməsindən, ev almasına yardımından da söz açan Rafiq Qasımov deyir ki, əvvəllər özü də istintaq orqanlarında çalışıb: "Otaqdan seyfin oğurlanması oranı yaxşı tanıyan adamın işi ola bilərdi. Çünki o otağın üstündə heç Munir Vəliyevin adı yazılmamışdı. Bəs niyə kassadakı, mühasibatlıqdakı pulları aparmayıblar?".

    Təqsirləndirilən şəxslərdən Sübhan Əkbərov Vüqar Vəliyevin qaynıdır. Sübhan Əkbərov məhkəmədə ifadə verərkən oğurluq təklifinin bacısının ərindən gəldiyini, seyfin yerini ona Vüqarın dediyini bildirib: "Mənə demişdi ki, semestr imtahanları dövründə seyfdə yaxşı pul olur. Yoxsa mən haradan bilirdim? Mənim nəinki ali təhsilim, ümumiyyətlə, təhsilim yoxdu, heç bilmirəm semestr imtahanları nə vaxt olur".

    Qeyd edək ki, zərərçəkən Munir Vəliyev prorektor olmaqla yanaşı “Oksigen” klinikasının sahibidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR