AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzMİA İB "şəhid ailəsinə göndərilən sovqat"la bağlı açıqlama yaydı

  • + A
  • - A
  • 19-11-2020, 14:51



    AzMİA- (Mebel İstehsalçıları Assosiasiyası)  "Vətən cəbhədən başlayır" devizi ilə Ağdam, Cəbrayıl, Xocavənd, Füzuli, Ağcabədi rayonlarnda yaşayan 1000-dən çox ailəyə 12 Noyabr Konstitusiya günü münasibətilə sovqatlar göndərib.

    Qeyd edək ki, AzMİA həmçinin "Siz tək deyilsiz!" aksiyası çərçivəsində Gəncə, Bərdə, Tərtər, Quba, Xaçmaz, Qusar və digər şəhər və rayonlarımızın işğalçı Ermənistan tərəfindən atəşə tutulması nəticəsində zərər çəkmiş yaralı və şəhid ailələrinə də sovqat göndərib.
    Mindən çox ailəyə edilən yardımlar sosial şəbəkə və xəbər saytlarında da tirajlanıb.

    Bayram sovqatları ərzaq və gigiyenik vasitələrindən ibarət olub. Təəssüf edirik ki, bizim bayram və dəstək münasibətilə etdiyimiz aksiyalar konteksdən çıxarılıb, deputatların adı ilə hallandırılıb. Bir daha qeyd edirik ki, biz sovqatları mindən artıq şəhid, yaralı, əsgər, dağıntıdan zərərçəkmişlərin ailəsinə Qələbə və Konstitusiya bayramı münasibətilə göndərmişik. Deputatlarla heç bir əlaqəsi yoxdur. Yardım edən təşkilatları belə məqsədli şəkildə linc edib işdən soyudanların hərəkətinə təəssüf edirik.

    Əli Nağıyev,
    AzMİA İB-nin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR