AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə ordusu İNANILMAZI BACARDI - Düşmənlər QORXU İÇİNDƏ

  • + A
  • - A
  • 2-12-2020, 08:51

    Türkiyə ordusu İNANILMAZI BACARDI - Düşmənlər QORXU İÇİNDƏ

    Türkiyə dünyanın aparıcı silah və hərbi texnologiya istehsalçıları arasında artıq 4-cü yeri tutur.

    Türkiyə Ordusununun malik olduğu üstünlüyü açıqlayıb.
    1. Türkiyə bu gündən etibarən ballistik raket istehsalına hazırdır. Yəni qardaş ölkə üçün qitələrarası ballistik raketlərin seriya istehsalına başlamaq artıq rutin prosesdir.

    2. Türkiyənin "bordo bereli"lərinin, yəni xüsusi təyinatlı qüvvələrinin əsas antisnayper tüfəngi "İstiqlal" oldu.

    3. Türkiyənin "Aselsan" və "Raketsan" korporasiyaları artıq dünyanın ən innovativ, qüdrətli hərbi şirkətlərinin reytinqində ilk beşlikdədir.

    4. Türkiyə kosmosa peyk və yük çıxara biləcək ilk milli raketini 5 il sonra istifadəyə verəcək.

    6. Bildiyiniz kimi, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etdi. Olsun. Türkiyənin "Turkish Aerospace Industries" (TAI) korporasiyası 5-ci, yəni ən son nəsil qırıcı olan TF-X ilə bağlı işləri başa vurmaqdadır. Bu layihədə Türkiyəyə Britaniyanın "BAE Systems" hərbi-sənaye nəhəngi dəstək verir. Layihə Britaniyanın ən son nəsil qırıcısı olacaq "Tempest" çərçivəsində birgə reallaşdırılır.

    7. Türkiyə "hava-hava" raketləri ilə təchiz olunmuş PUA istehsalına başlayır. Bu PUA-lar qırıcıları, bombardmançı təyyarələri və helikopterləri, habelə nəqliyyat təyyarələrini asanlıqla vura biləcək.

    8. "Bayraktar" və "Anka" PUA-ları üçün yerli PD-170 mühərrikinin istehsalına başlanıb.

    9. Türkiyədə "Ar-Ge" proqramı çərçivəsində "Süngür", "Hisar", “Atmaca”, "Boztuğ" və "Göktuğ" kimi yeni "hava-hava", "hava-dəniz" və "quru-dəniz" raketləri seriya istehsalına hazırdır.

    10. Türkiyə milli hava hücumundan müdafiə sistemi ilə bağlı işləri başa vurmaq üzrədir.

    11. Türkiyə hazırda dünyada mövcud olan istənilən hava hücumundan müdafiə sistemini yara bilən anti-radar, anti-RLS (radiolokasiya stansiyası) və anti-raket tipli raketlərin istehsalına başlayır. Həmin raketlərin bir qismini radarlardan asanlıqla yayına biləcək PUA-lar daşıyacaq.

    12. Türkiyə ABŞ-dan sonra dünyada ikinci dövlət olacaq ki, dəyəri 120 milyon dollardan artıq nəhəng döyüş-kəşfiyyat PUA-sı istehsal edəcək. Bu PUA səmada eyni zamanda düşmənin 6 qırıcı təyyarəsinə qarşı mübarizə apara biləcək.
    Və ən nəhayət, ABŞ, İsrail və Çindən sonra Türkiyə dünyada 4-cü dövlətdir ki, hərbi əməliyyatların süni intellektlə idarə olunması sistemini hazırlayır.Oxu24.com


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR