AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Niderlandlı tələbələr II Qarabağ müharibəsi və onun nəticələrini öyrənirlər

  • + A
  • - A
  • 2-12-2020, 14:05


    Niderland Krallığının Tilburq Universitetinin jurnalistika fakultəsinin 3-cü kurs tələbələri Azərbaycan–Ermənistan müharibəsi mövzusundan bəhs edəcək layihə çərçivəsində Azərbaycan diasporunun fikirlərini öyrəniblər.

    Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, layihə koordinatoru Niderlandda yaşayan Azərbaycan və Ermənistan diaspor rəhbərlərinə müraciət edərək II Qarabağ müharibəsi və 10 noyabr razılaşması haqqında ətraflı məlumat almaq istədiklərini bildiriblər.

    Azərbaycan–Türk Mədəniyyət Dərnəyininin binasında tələbələrlə baş tutan görüş zamanı Emil Əliyevdən müsahibə alınıb. Müsahibə zamanı Dağlıq Qarabağ münaqişəsinin tarixi, Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Azərbaycanın əzəli torpaqları olduğu, II Qarabağ savaşı zamanı Azərbaycan dövlətinin əldə etdiyi qələbə nəticəsində Ermənistanın 10 noyabr tarixli razılaşmanı imzalamağa məcbur olması barədə ətraflı məlumat verilib.

    Xəritədə Azərbaycan ordusunun və Rusiya sülhməramlı qüvvələrinin hazırda nəzarət etdikləri ərazilər göstərilib. İşğaldan azad olunmuş Qarabağ bölgəsində təhlükəsizlik, infrastruktur, kommunikasiyanın bərpası ilə bağlı həyata keçiriləcək müxtəlif layihələrdən də danışılıb.

    Layihənin Tilburq Universitetinin müəllim-tələbə heyətinə təqdim olunması nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR