Bu gün Alban-udin xristian icmasının nümayəndələri Kəlbəcərə səfər ediblər.
AzadMedia.az xəbər verir ki, onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət edib.
Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udin xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb. Bu zaman ərazidə çəkiliş aparanlar arasında Aztv-nin müxbiri də olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.