AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran parlamentinin komissiya sədri: ABŞ üçün regionu tərk etməkdən başqa yol qalmayıb

  • + A
  • - A
  • Bu gün, 21:56

    İran parlamentinin komissiya sədri: ABŞ üçün regionu tərk etməkdən başqa yol qalmayıb

    İran parlamentinin komissiya sədri: ABŞ üçün regionu tərk etməkdən başqa yol qalmayıb

    İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-ın regiondan tamamilə çıxmaqdan başqa yolunun qalmadığını bildirib.

    İranın Mehr agentliyinə müsahibəsində Əzizi deyib ki, ABŞ-ın bölgədə hərbi mövcudluğu təhlükəsizliyi təmin etmir, əksinə, Yaxın Şərq ölkələri üçün təhdid və qeyri-sabitlik yaradır.
    İranlı deputat ABŞ-ın ölkənin cənubundakı Sirik şəhərində toy mərasiminə zərbə endirməsini də Vaşinqtonun “acizliyi və çıxılmaz vəziyyəti” kimi qiymətləndirib. İran tərəfinin məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər həlak olub.
    Əzizi ABŞ-a qarşı “qətiyyətli və sarsıdıcı cavab” veriləcəyini bildirib. Onun sözlərinə görə, İranın müqavimət iradəsi və silahlı qüvvələrinin, eləcə də əhalisinin qarşıdurmanı davam etdirmək hazırlığı olduğu müddətdə Vaşinqton Tehranın tələbləri ilə hesablaşmalı olacaq.
    “Onlar üçün yeganə yol geri çəkilmək və regionu tamamilə tərk etməkdir”, – deyə İran parlamentinin komissiya sədri vurğulayıb.

    Əzizi həmçinin İranın ABŞ-ın zərbələrinə cavab verə bilməyəcəyi ilə bağlı ehtimalları rədd edib. O bildirib ki, İranın hərbi imkanları əvvəlkindən daha genişdir.
    Deputatın sözlərinə görə, İran silahlı qüvvələri hazırda “Ramazan müharibəsi”nin əvvəlindən daha çox silah və sursata malikdir. O iddia edib ki, İran 40 günlük döyüşlər zamanı istifadə etdiyindən daha çox silah istehsal edib və ehtiyat toplayıb.

    “Əllərimiz hərbi doktrinamız çərçivəsində istənilən hücum və ya müdafiə əməliyyatı üçün sərbəstdir”, – Əzizi deyib.
    Onun sözlərinə görə, ABŞ resurs çatışmazlığı ilə üzləşdiyi və “çıxılmaz vəziyyətə düşdüyü” halda, İranın istənilən strateji və taktiki əməliyyat üçün lazımi vasitə və silahları var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR