Polşada İkinci Dünya müharibəsindən qalan 700-dən çox sursat aşkarlayıb

Polşanın Mazovets voyevodalığının Płońsk kommunasında fermer tarlada işləyərkən İkinci Dünya müharibəsi dövründən qalan 700-dən çox təhlükəli sursat və partlayıcı qalıq aşkarlayıb.
RMF24-ün məlumatına görə, təhlükəli əşyalar təsərrüfat tikililərindən cəmi 20 metr məsafədə yerləşib.
Aşkar edilənlər arasında 271 ədəd atıcı silah sursatı, 109 əl qumbarası, 174 qumbaraatan sursatı, 56 detonator və digər 100 təhlükəli predmet olub.
Hadisə yerinə dərhal Kazundakı hərbi hissədən istehkamçı-saper qrupu çağırılıb. Hərbçilər ərazidəki sursatları götürərək zərərsizləşdiriblər.
Mütəxəssislər bildirirlər ki, İkinci Dünya müharibəsinin başa çatmasından 80 ildən çox vaxt keçməsinə baxmayaraq, Polşa ərazisində həmin dövrdən qalan partlamamış və təhlükəli hərbi sursatlara hələ də rast gəlinir.
Polis vətəndaşları belə əşyalar aşkar etdikdə son dərəcə diqqətli olmağa çağırıb. Şübhəli sursata yaxınlaşmaq və toxunmaq olmaz. İnsanlar dərhal təhlükəsiz məsafəyə uzaqlaşmalı və digər şəxslərin də həmin əraziyə yaxınlaşmasına imkan verməməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.