Ulu Öndərin işıqlı xatirəsi hər birimizin qəlbində yaşayacaq
İbrahim Cəfərov
ADAU-nun rektoruBu gün ürəyi Azərbaycanla döyünən bütün vətəndaşlar ehtiramla ümummilli lider Heydər Əliyevin anım gününü böyük ehtiramla yad edir. 17 ildir aramızda olmasa da, Azərbaycan xalqı heç vaxt onu unutmamış, onun qoyduğu yolla gedərək ölkəmizi dünyanın inkişaf etmiş bir dövlətinə çevirmişik. SSRİ vaxtı da Ulu Öndərin vəzifəyə gəldiyi dövrlərdə Azərbaycan özünün intibah dövrünü yaşamışdı. Mütəxəssis kimi deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı, ona dəstək məhz Heydər Əliyevin gərgin əməyi sayəsində baş tutmuşdu.
Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Şükür ki, onun Azərbaycan xalqına əmanət etdiyi oğlu, cənab Prezident İlham Əliyev atasının arzularını yerinə yetirdi. İşğal altında olan torpaqlarımız ermənilərin biabırçı məğlubiyyəti ilə işğaldan azad oldu.
Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun peşəkarlığı sayəsində Kəlbəcər və Laçın kənd təsərrüfatının inkişafı üçün həm münbit torpaqları ilə, həm də zəngin təbiəti ilə iqtisadiyyatımıza böyük töhfə verəcək. İşğaldan azad olunmuş torpaqlarda həyat qaydasında olduqdan sonra Azərbaycan kənd təsərrüfatının inkişafına görə nəinki Qafqazda, bütün dünyada öndə gedən ölkələrdən birinə çevriləcək.
Ulu Öndər bizi cismani tərk etsə də, işıqlı xatirəsi hər birimizin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin! Ehtiramla anırıq!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR