Papa XIV Leo Trampın bəzi KİV-lərlə münaqişəsi barədə danışıb

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampla bəzi media qurumları arasında yaranmış münaqişə ilə bağlı açıqlama verib.
Papa jurnalistlərin hadisələri hərtərəfli işıqlandırmasının vacibliyini vurğulayıb. O, Parisə apostol səfərinə gedərkən təyyarədə CNN telekanalının jurnalistinin Ağ Evdə bəzi media qurumlarının fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı sualını cavablandırıb.
“Burada olmağınıza şadam. Hadisələrin hər yerdə və hər kəs üçün yaxşı şəkildə işıqlandırılması vacibdir”, — deyə XIV Leo bildirib.
Pontifik jurnalistlər qrupunu, o cümlədən TASS-ın müxbirini salamlayaraq, Fransaya sülh mesajı ilə getdiyini deyib. Onun sözlərinə görə, hazırkı dövrdə bu mesaj xüsusilə böyük əhəmiyyət daşıyır.
Xatırladaq ki, ötən həftə Donald Tramp CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişinə məhdudiyyət qoyduğunu açıqlamışdı. ABŞ prezidenti həmin media qurumlarını administrasiyası barədə yanlış məlumat yaymaqda ittiham edib və Ağ Evə girişinə qadağa qoyulan KİV-lərin siyahısının genişləndirilə biləcəyini bildirmişdi. Bununla yanaşı, Tramp qərarın ləğv edilə biləcəyini də istisna etməmişdi.
Sözügedən media qurumlarının müxbir və texniki heyəti sentyabrın 19-da Ağ Evə giriş imkanını itirib. Lakin sentyabrın 24-də məhkəmənin qərarı ilə jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.