AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Yeni ilə məhdudiyyətlərlə girir

  • + A
  • - A
  • 15-12-2020, 17:37

    Almaniya. 16 dekabr - 10 yanvar müddətində tarixlərinin ən şiddətli qapanma olacaq; aptek və ərzaq dükanlarından başqa hər şey bağlanacaq. Məktəb dərsləri ləğv edilib. Beş nəfərdən çox adamın toplaşması qadağandır.

    Niderland. 15 dekabr - 19 yanvar tarixlərində qapanma tətbiq olunacaq. Yalnız ərzaq mağazaları işləyəcək. 16 dekabrdan etibarən məktəblər və universitetlər distant təhsilə keçəcək. Hotellər işləyəcək.

    Britaniya. Londonda 16 dekabrdan etibarən maksimum məhdudiyyətlər qüvvəyə minir.

    Yunanıstan. 7 yanvaradək qapanma tətbiq olunacaq. Ərzaq mağazaları xaricində bütün satış mərkəzləri bağlanacaq, bölgələr arasında nəqliyyat qadağandır, komendant saatı tətbiq olunacaq

    Avstriya. Dekabrın 7-dən qapanma dayandırıldı - mağazalar, gözəllik salonları və muzeylər açıldı, ibtidai siniflər əyani dərslərə qayıtdı. Yanvarın 7-də hotellər və restoranlar açılacaq.

    Fransa. Dekabrın 15-dən məhdudiyyətlərin qaldırılmasının ikinci mərhələsi başlayır - karantin komendant saatı ilə əvəz ediləcək, ölkəni gəzmək mümkün olacaq. Restoranlar yanvar ayının ortalarına qədər açılmayacaq.

    İtaliya. 24 dekabr - 27 dekabr, 31 dekabr - 3 yanvar və 5 - 6 yanvar tarixlərində tam bir qapanma gözlənilir. Qalan müddətlərdə komendant saatı qüvvədədir, orta məktəblərdə dərslər distant keçiləcək, teatrlara, filmlərə və fitness mərkəzlərinə qadağalar qüvvədədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR