AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda gecə vaxtı üzücü xəbər: Yaralılar var

  • + A
  • - A
  • 17-12-2020, 22:04


    Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var.

    AzadMedia.az Apa-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

    Hadisə yerində rayonun hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR