AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MDB dövlət başçılarının iclası ölkəmizin möhtəşəm qələbəsinin yaratdığı yeni reallıqlar müstəvisində baş tutdu - Deputat

  • + A
  • - A
  • 20-12-2020, 17:27



    Ötən həftə MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası ilə yadda qaldı. MDB-nin mövcud olduğu 29 il ərzində SSRİ-nin süqutu dönəmində yaranan münaqişələrdən birinin və sözün əsl mənasında ən düyünlüsünün, dünyanın diqqətində olan bir münaqişənin – Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapması və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması ilə Azərbaycanın qalib ölkə kimi iştirak etdiyi ilk videokonfrans olması ilə yadda qaldı bu konfrans. Yəni onu illər uzunu keçirilən digər konfranslardan fərqləndirən cəhət bu idi.

    Bu sözləri Mövqe.az-a videokonfrans barədə fikirlərini şərh edərkən Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputat bildirib ki, MDB dövlət başçılarının iclası Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin yaratdığı yeni reallıqlar müstəvisində baş tuturdu:

    “Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə, dekabrın 8-də yaradılsa da, MDB məkanında tamamilə yeni prinsiplərə söykənən münasibətlər sisteminin formalaşacağına ümid yaradır.

    Möhtərəm Prezident cənab İlham Əliyevin iclasdakı nitqi birabaşa, açıq mesajlarla müşayiət edilən çıxış kimi hələ uzun illər boyu xatırlanacaq, siyasətçilərin istinad mənbəyinə çevriləcək”.

    Müharibə dövründə digər ölkələrlə yanaşı, bir sıra MDB ölkələrinin kütləvi informasiya vasitələri də Azərbaycan ərazilərinin işğldan azad edilməsi üçün başladılan əməliyyatlarına birtətəfli qaydada yanaşır, işğalçı mövqelərini müdafiə etməyə, münaqişə haqqında təhrif edilmiş məlumatlar yaymaqla təxribat törətməyə çalışırdılar, - deyən M.Məmmədov qeyd etdi ki, bu, nə MDB daxilində elan olunan əməkdaşlıq prinsiplərinə, nə də MDB ölkələri ilə olan münasibətlərin səviyyəsinə uyğun gəlmir, haqlı olaraq Azərbaycan xalqında ikrah hissi doğrurdu.

    Lakin cənab Prezidentin də söylədiyi kimi Azərbaycanın keçirdiyi çoxsaylı tədbirlər nəticəsində Azərbaycana münasibətdə illərlə formalaşmış neqativ fonu dəyişmək mümkün oldu, biz həqiqətlərin dünya ölkələrinə çatdırılmasına nail olduq. Təəssüf ki, MDB məkanındakı bəzi ölkələrin kütləvi informasiya vasitələri də Azərbaycan Ordusunun 44 günlük Vətən savaşı zamanı və daha sonra təhrif edilmiş məlumatlar yaymaqdan, təxribat xarakterli reportajlar hazırlamaqdan, bitrətəfli teledebatlar, diskusiyalar etməkdən çəkinmədilər. Bu baxımdan, Prezident İlham Əliyevin faktlara söykənən nitqini dinləmək, qənaətimə görə bəzi MDB ölkələrinin başçıları üçün faydalı oldu, digərləri isə edilən haqlı ittihamlarda öz paylarını götürdülər.

    İclasa sədrlik edən Özbəkistan prezidentinin Azərbaycan dövlətinin başçısına bununla bağlı təşəkkür etməsi məhz cənab Prezident İlham Əliyevin fikirlərini təsdiqləyən məqam kimi qəbul edilə bilər.

    Sonda Məşhur Məmmədov fikrini yekunlaşdıraraq qeyd etdi ki, Azərbaycanın işğala son qoymaqla öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsi, MDB məkanında yeni və əvvəlkindən daha faydalı və daha açıq münasibətlər sisteminin formalaşmasına ciddi təkan verə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR