Azərbaycanda koronavirusa (COVID-19) 2961 yeni yoluxma faktı qeydə alınıb, 4317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 35 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 60 099 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 14 515, hazırkı dövrədək isə 2063754 test aparılıb.
Ümumi ölənlərin sayı 2 210 nəfərdir.
Ümumi yoluxanların sayı 202 088 nəfər, ümumi sağalanların sayı 139 779 nəfərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.