Bu gün hamı cənab Prezidentdən yazır, onun ad gününü təbrik edir. Bu, təsadüfi deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin əldə olunmasında rolu çox böyükdür.
Prezident İlham Əliyev hərbi qələbə qazanmış güclü ordu yaradıb. O, əsl Müzəffər Ali Baş Komandandır. Cəbhə zamanı görünürdü ki, güclü ordunun qurulması üçün çoxlu silah satın alınıb. Rusiyadan təyyarələr, tanklar, ZTR-lər, raketdən müdafiə sistemləri, Türkiyədən və İsraildən pilotsuz uçuş aparatları bizim qələbəmizi tezləşdirdi. Silah satınalmaları Azərbaycan Prezidentinin uzun illər ərzində stabil iqtisadi artımı təmin etməsi sayəsində mümkün olub.
Döyüş əməliyyatları zamanı güclü liderə malik olmaq çox vacibdir və Prezident İlham Əliyev güclü liderliyini təmin edib.
Azərbaycanın qələbəsi ölkədə iqtisadi artımı stimullaşdıracaq. Azad edilmiş ərazilərin bərpasının zəruriliyi böyük miqdarda investisiyaların cəlb olunmasını və ciddi iqtisadi artımı şərtləndirəcək. Türkiyəni Azərbaycanla bağlayacaq Naxçıvan yolunun tikintisi iqtisadi artımı stimullaşdıran amillərdən biri olacaq və regionun inkişafına müsbət təsir göstərəcək.
Yuxarıda sadaladıqlarım da onu deməyə əsas verir ki, qarşıda Azərbaycanı gözəl günlər gözləyir.
Cənab Prezidenti ad günü mübasibətilə təbrik edir, yorulmaz fəaliyyətində ona can sağlığı arzulayıram.
Xudu Əhəd oğlu Rzayev
MİNERA GROUP-un prezidenti
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.