AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: “Putin verdiyi sözə əməl edən dürüst insandır”

  • + A
  • - A
  • 25-12-2020, 16:32


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini dürüst və sözünə əməl edən bir insan kimi xarakterizə edib.

    Bu barədə TASS məlumat yayıb.

    “Cənab Putinin bu fikirləri, əslində, onun özünü də ifadə edir. Tanıdıqdan sonra mən də onu eynilə bu cür tanıdım. O, həqiqətən, dürüst insandır”, - deyə R.T.Ərdoğan bildirib.

    Qeyd edək ki, Rusiya lideri ənənəvi illik böyük mətbuat konfransı zamanı Ərdoğanı verdiyi sözü tutan insan kimi tanıdığını bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR