Rusiyada yanğına qarşı qaydaların yeni redaksiyasına uyğun olaraq tibb müəssisələri, ticarət məkanları və təhsil müəssisələri ərazisinə siqaret çəkilməyə qoyulan qadağa yanvarın 1-dən qüvvəyə minib.
"RİA Novosti” verdiyi məlumata görə, sənəddə qeyd edilir ki, anbar və bazalar, taxıl qəbulu məntəqələri və çəmənlər, səhiyyə və təhsil müəssisələri, nəqliyyat, ticarət məntəqələri, tez alışan maddələrin emalı müəssisələri, yanacaq və qaz obyektləri, partlayıcı maddə istehsalı müəssisələri və yanma təhlükəsi olan sahələrdə siqaret çəkilməsi qadağandır.
Qaydalar 2026-cı il dekabrın 31-dək qüvvədədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.