AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı metrosunda gediş haqqı 40 qəpik olacaq? - RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 5-01-2021, 13:21



    Yanvarın 4-də Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 növ benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bu gün səsləndirilən iddialardan biri də metroda gediş haqqının 40 qəpiyə kimi qaldırılmasıdır.

    Bununla bağlı danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tərəfimizdən hələki, bununla bağlı hər hansı müraciət olunmayıb:

    "Hər hansı qiymət artımının olması və qiymətləndirilmənin aparılması hələ tezdir. 2021-ci ilin ilk iş günüdür. Hələlik "Bakı Metropoliteni" QSC tərəfindən Tarif Şurasına heç bir müraciət olunmayıb".

    (sonxeber.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR