AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşanın bərpası ermənilərin necə vandal bir millət olduqlarını bütün dünyaya bir daha sübut edəcək

  • + A
  • - A
  • 6-01-2021, 10:38

    Şuşanın bərpası ermənilərin necə vandal bir millət olduqlarını bütün dünyaya bir daha sübut edəcək

    Zəfər qələbəsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü sevincini yaşasaq da, bütün dünyanı sarsıdan COVİD-19 səbəbilə təəssüf ki, vətəndaşlarımız hələ də narahatdırlar. Lakin cənab Prezident İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı dediyi - Yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək, - xəbəri əhalidə ruh yüksəkliyi yaratdı.

    Bu sözləri Azadmedia.az saytına Milli Məclisin deputatı Məşhur Məmmədov Prezidentin çıxışından irəli gələn fikirləri şərh edərkən bildirib.

    Prezidentin, - ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik, - deməsi gələcəkdə ölkəmizi istər iqtisadi inkişaf baxımından, istərsə də mədəniyyət sahəsində gözəl günlər gözləməsinə işarədir. Təsadüfi deyil ki, 2021-ci il "Nizami Gəncəvi ili" elan edildi.
    Deputat Nizami Gəncəvinin Azərbaycanın ədəbi irsinin ən böyük nümayəndələrindən biri olduğunu və ümumbəşəri mövzular daşıyan əsərlərinin Azərbaycanın hüdudlarından kənara çıxdığını və bir çox ölkələrin ədəbiyyatına təsir göstərdiyini qeyd edib. Cənab Prezidentin çıxışından məlum oldu ki, tezliklə bizim dəvətimizlə yanvar ayında ICESCO-nun nümayəndələri Azərbaycana gələcək və burada görüşlər olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, onlar azad edilmiş torpaqlara da getməlidirlər. Ondan sonra ekspertlər qrupu gəlməlidir. Müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı onlar missiya həyata keçirməlidirlər və öz hesabatında bunu əks etdirməlidirlər. Əlbəttə, bütün təhlükəsizlik tədbirlərini nəzərə almaq şərti ilə maksimum imkan yaradılacaq. Çünki o bölgələrdə hələ ki, minalar kifayət qədər çoxdur və təhlükəsizlik tədbirləri mütləq təmin edilməlidir.
    "Cənab Prezident həmişə olduğu kimi, yenə xalqın arzusun reallaşdırdı; bu dəfə Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə", - deyən millət vəkili Şuşa şəhərinin tezliklə mədəni həyatının zəngin olacağına inandığını bildirdi: "Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Cənab Prezidentin göstərişilə böyük heyət oraya ezam edildi. Tezliklə yaşayış fondunun, tarixi abidələrin təftişi aparılacaq, vurulmuş ziyan dəqiq hesablanacaq və Şuşa şəhərinin bərpasına başlanılacaq. Şuşanın ilkin siması, tarixi siması bərpa ediləcək".

    Sonda M.Məmmədov Şuşada yerləşən məscidlərimizin əsaslı şəkildə təmir edilməsimdən, bərpa olunaraq onların öz simasına qaytarılmasının vacibliyindən danışdı. Biz ermənilərin işğal altında saxlayarkən viranə qoyduqları, heyvan saxladıqları tarixi abidələrimizi bərpa edəcəyik və bütün dünyaya göstərəcəyik ki, mədəniyyət beşiyi, tarixi abidələr məskəni Qarabağ Azərbaycanın dədə-baba torpaqlarıdır, o ərazilərin tarixi abidələrini qoruyub, bərpa edərək əvvəlki vəziyyətini kadrlarda göstərməklə ermənilərin necə vandal bir millət olduqlarını bir daha sübut edəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR