Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı həyata keçirilib.
AzadMedia.az xəbər verir ki, müvafiq əmrlə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Bəkir Qarayev vəzifəsindən azad edilib.
B.Qarayev Bakı şəhər BPİ-nin rəisi, polkovnik Əkbər İsmayılovun şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.
Qeyd edək ki, Bəkir Qarayev Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Qalib Qarayevin oğludur. B.Qarayev 2015-ci ildə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi olarkən apardığı cinayət işlərinin istintaqında nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə təyin edilmişdi. O, Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunmuşdu.
Daha sonra 2019-cu ili iyulunda isə Gəncə ŞBPİ-yə İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.