Masallılı gənc İnstitut direktoru təyin olunduRüfət Eyvaz oğlu Əzizov Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur. 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında qalib olmuş və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə müsabiqdən kənar qəbul olmuşdur. 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etfirmiş, 2007-cı ildə dissertasiya müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. 2017-ci ildə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.
Rüfət Əzizov 2005/2011-ci illərdə BP Exploration LTD-də mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material-korroziya mühəndisi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışmışdır. 2012/2020-ci illərdə isə metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal-Prometal MMC-nin icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə etmişdir. O, Azərbaycan Rspublikası Təhsil nazirinin 2021-ci il 7 yanvar tarixli əmri ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir.
Rüfət Əzizov 2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olmuşdur (Chartered Scientist). 2014/2016-cı illərdə ADA və Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018/2020-ci illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, executive MBA proqramını bitirmişdir. Cornell Universiteti ali idarəetmə, George Washington Universiteti layihələrin idarə olunması və Oxford Universiteti süni intellekt proqramını və sair kimi kurs və təlimlərdə iştirak etmişdir. Onun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqogika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir. 2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə BP-də “İlin mühəndisi” mükafatına layiq görülmüşdür. 2019-cu ildə “Ernst & Young”- EY şirkəti tərəfindən keçirilən müsabiqəsində “sosial təsir” nominasiyası üzrə qalib olmuşdur.
Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn təfəkkürü və lean dizayn), kimya mühəndisliyi magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. Brend olan “Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. Müxtəlif illərdə təhsil və elmlə bağlı IJSO, ISEF və digər beynəlxalq yarışların münsifi qismində iştirak etmişdir.
CENUB.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.