Türkiyə Səfirliyi - "Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”
AzadMedia.az xəbər verir ki, Qardaş Türkiyənin ölkəmizdəki səfirliyinin sosial media hesablarında 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib.
Belə ki, səfirliyin rəsmi "Twitter" və “Facebook” hesablarında “Qanlı Yanvar” hadisəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edilib.
“1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik.
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”, – deyə paylaşımda qeyd edilib.